“Mayns”ın bombardiri “Kristal Pelas”a keçdi

İngiltərənin “Kristal Pelas” klubu heyətini hücumçu ilə gücləndirib.

SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniya “Mayns”ının futbolçusu Jan-Filip Matetanı icarəyə götürüb.

23 yaşlı fransalı mövsümün sonunadək icarə əsasında “Kristal Pelas”da çıxış edəcək. London təmsilçisi ona görə 2,7 milyon funt sterlinq ödəyəcək.

Sonradan transfer etmək hüququna da yiyələnən “Kristal Pelas” 13,4 milyona Matetaya sahib çıxa bilər. Əgər Mateta mövsüm ərzində 15 və daha çox oyunda start heyətində meydana çıxsa, ingiltərəlilərin onu alması zəruri olacaq.

Qeyd edək ki, fransalı Bundesliqanın cari mövsümündə 15 oyuna 7 qol vurub. O, “Mayns”ın ən yaxşı bombardiridir.

Bütün xəbərlər Facebook səhifəmizdə