“Qarabağ”ın hücumçusu Mahir Emreliyə Polşa klubundan təklif gəlib

“Qarabağ”ın hücumçusu Mahir Emreli ölkə xaricində çıxış edə bilər.

SİA xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov “Sabah”la keçirilən bugünkü oyundan sonra mətbuat konfransında bu barədə danışıb.
48 yaşlı mütəxəssis millimizin də üzvü olan 23 yaşlı futbolçunun Polşa klubundan təklif alması xəbərinin doğru olduğunu bildirib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir” – deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə