“Vardar”ın sabiq üzvü “Səbail”də

“Səbail” daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır.

SİA-nın Şimali Makedoniya mətbuatına istinadən məlumatına görə, “Vardar”ın yarımmüdafiəçisi Milovan Petrovik paytaxt klubu ilə anlaşıb.

Xəbərdə “Səbail”in 31 yaşlı orta sahə oyunçusu ilə müqavilə imzalayacağı yazılıb. O, ölkəsində "Akademiya Pandev" klubundan təklif almasına baxmayaraq, Azərbaycana yollanmağı üstün tutub. Ötən il “Vardar”da çıxış edən Petrovik 2015-2016-cı illərdə Şimali Makedoniya yığmasının formasını geyinib.

Qeyd edək ki, "Səbail" buna qədər Gürcüstanın "Samtrediya" klubundan Luka İmnadzeni transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə