Tokio-2021 baş tutacaq Riçard Paund

Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları 2021-ci ildə ləğv olunmayacaq.

SİA-nın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə düşən yarış ləğv edilməyəcək: “Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarını ləğv etmək niyyətində deyil”.

Paund vurğulayıb ki, Olimpiya Oyunlarının təkrar təxirə salınması çətinliklərə yol açacaq. Bu üzdən də yarışı tamaşaçılarsız da təşkil etmək daha məqsədəuyğundur. Lakin qurum rəsmisi onu da vurğulayıb ki, hazırda yarışın plana uyğun şəkildə təşkili ilə bağlı heç bir təminat yoxdur.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-də start götürməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə