Milli Basketbol Assosiasiyasında (NBA) koronavirusa yoluxan oyunçuların sayı artıb.
SİA-nın yarışın rəsmi saytına istinadən məlumatına görə, daha 11 basketbolçunun testi müsbət nəticələnib.
Yanvarın 13-dən 502 basketbolçudan test nümunəsi götürülüb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.
Qadınların basketbol yarışında isə 16 oyunçu virusa yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə