“Roma” texniki məğlubiyyətlə üzləşəcək

İtaliyanın “Roma” klubuna texniki məğlubiyyət veriləcək.

SİA-nın məlumatına görə, buna səbəb ölkə kubokunun 1/8 final mərhələsində “Speziya” ilə matçında baş verənlərdir.

2:4 hesabı ilə uduzan Romanın eyniadlı təmsilçisi oyunun gedişində əsasnaməni pozub. Romalılar görüş ərzində 6 əvəzetmədən istifadə edib.

Düzdür, FİFA əlavə vaxtın oynanıldığı qarşılaşmalarda 6-cı dəyişikliyə icazə verir. Lakin İtaliya kubokunda bu qayda tətbiq olunmur. Bu üzdən də kluba 0:3 hesablı məğlubiyyət veriləcək.

Qeyd edək ki, “Roma” cari mövsümdə artıq 1 dəfə belə cəza ilə üzləşib. A seriyasının I turunun “Verona” ilə görüşündə əsas komandada sifariş olunmayan Amadu Diavara meydana çıxdığı üçün paytaxt təmsilçisinə məğlubiyyət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...