“Liverpul”dan “İnter”ə təklif

İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqi karyerasını davam etdirmək variantları axtarır.

SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkən belçikalı hücumçu qış transfer pəncərəsində İtaliyaya yollana biər.

25 yaşlı forvard “İnter”inə təklif olunub. Divokun Milan təmsilçisinə icarəyə verilməsi gündəmdədir.

Qeyd edək ki, Oriqi “Liverpul”a 2014-cü ildə “Lill”dən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə