“Kadis” “Levante” görüşündə heç-heçə, “Sevilya”dan səfər qələbəsi

Futbol üzrə İspaniya La Liqasında 19-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Valyadolid” “Elçe”ni, “Kadis” “Levante”ni sınağa çəkib. Hər ikisində dörd qolun qeydə alındığı bu oyunlarda qalib müəyyənləşməyib. Turnir cədvəlinin 5-ci sırasında qərarlaşan “Sevilya” bu turda səfərdə “Alaves”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

“Real”, “Atletik”, “Real Sosyedad” və “Barselona” bu turun görüşlərini superkubok oyunlarına görə daha əvvəl keçirib.

İspaniya La Liqası

19-cu tur

19 yanvar

Valyadolid – Elçe 2:2

Qol: Miçel, 71. Fernandes, 89 – Xosan, 9; 43.

Kadis – Levante 2:2

Qol: Perea, 4. Kala, 28 – Rocer, 8; 11.

Alaves – Sevilya 1:2

Qol: Mendes, 12 – En Nesiri, 3. Suso, 30.

20 yanvar

22:00 Xetafe – Hueska

00:00 Betis – Selta

00:30 Vilyarreal – Qranada

21 yanvar

22:00 Valensiya – Osasuna

00:30 Eybar – Atletiko

Bütün xəbərlər Facebook səhifəmizdə