“Vest Hem” “Vest Bromviç”i udub, səfərdə “Lester Siti” ilə qarşılaşan “Çelsi” məğlub olub

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Vest Bromviç”dən üstün olub.

Səfərdə “Lester Siti” ilə qarşılaşan “Çelsi” isə turu məğlubiyyətlə başa vurub.

Bu tur keçirilməli olan “Aston Villa” – “Tottenhem” matçı təxirə salınıb.

İngiltərə Premyer Liqası

18-ci tur

19 yanvar

Vest Hem – Vest Bromviç 2:1

Qol: Boven, 45+1. Antonio, 66 – M.Pereyra, 51.

Lester Siti – Çelsi 2:0

Qol: Ndidi, 6. Meddison, 41.

12 yanvar

Şeffild Yunayted – Nyukasl 1:0

Qol: Şarp, 73-pen.

Vulverhempton – Everton 1:2

Qol: Neves, 14 – İvobi, 6. Kin, 77.

13 yanvar

Mançester Siti – Brayton 1:0

Qol: Foden, 44.

14 yanvar

Arsenal – Kristal Pelas 0:0

20 yanvar

22:00 Lids – Sauthempton

00:15 Fulhem – Mançester Yunayted

21 yanvar

00:00 Liverpul – Bernli

Bütün xəbərlər Facebook səhifəmizdə