İtaliya A Seriyasında çıxış edən "Torino"nun yeni baş məşqçisi bəlli olub.

SİA-nın Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komanda Davide Nikolaya tapşırılıb.

48 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. Nikola bu postda Marko Campaolonu əvəzləyib.

Qeyd edək ki, "Torino" turnir cədvəlində 18 oyundan 13 xalla 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə