20 Yanvar şəhidlərinin xatirə turniri keçiriləcək

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turnirnə start veriləcək.

SİA-nın məlumatına görə, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək yarışda 600-dən çox şahmatçı iştirak edəcək.

Turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +1 saniyədir. Turnir saat 18:00-da start götürəcək.

Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə