Robert Levandovski daha bir rekorda imza atıb

Robert Levandovski daha bir rekorda imza atıb

“Bavariya”nın hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb.

SİA xəbər verir ki, polşalı forvard Bundesliqanın 16-cı turu çərçivəsində “Frayburq”la oyunda (2:1) hesabı açmaqla cari mövsümdəki növbəti qolunu vurub.

32 yaşlı futbolçu bununla da Almaniya çempionatındakı qollarının sayını 21-ə çatdırıb. Bu, Bundesliqa tarixində rekord göstəricidir. İndiyədək heç kim mövsümün ilk yarısında 21 qol vurmamışdı.

Xatırladaq ki, Levandovski FİFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, “Globe Soccer Awards” mükatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə