“Yeni Malatyaspor” darmadağına sevinib, “Beşiktaş” “Qalatasaray”ı məğlub yola salıb

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

“Dənizlispor” evdə “Hatayspor”a uduzub. “Yeni Malatyaspor” isə “Rizəspor”la oyunda darmadağına sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Türkiyə Super Liqası

19-cu tur

17 yanvar

Dənizlispor – Hatayspor 0:2

Qol: M.Özkal, 47-öz qapısına. Diuf, 78-pen.

Yeni Malatyaspor – Rizəspor 4:1

Qol: K.Kanatsızkuş, 46; 50. U.Bulut, 61. Eskihellac, 74 – Şkoda, 30-pen.

Beşiktaş – Qalatasaray 2:0

Qol: Jozef, 79. Nkudu, 90+1.

15 yanvar

Gənclərbirliyi – Fatih Karagümrük 1:3

Qol: Piris, 74-pen – Bilya, 22-pen. Ndao, 36. Sobiex, 88.

16 yanvar

Konyaspor – Göztəpə 2:3

Qol: Çikalleşi, 54. Hadziahmetoviç, 62 – Mihoyeviç, 17. Jul, 30; 58.

Qaziantep – Kayserispor 2:1

Qol: Kvrziç, 31-öz qapısına. Maksim, 77-pen – Kolovetsios, 61.

Başakşəhər – Sivasspor 1:1

Qol: Aleksiç, 38 – H.Arslan, 42.

Antalyaspor – Trabzonspor 1:1

Qol: Amilton, 25 – Afobe, 90+5.

18 yanvar

20:00 Kasımpaşa – Ərzurumspor

20:00 Fənərbaxça – Ankaragücü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...