“Başakşəhər” ev oyununda xal itirib, “Trabzonspor” məğlubiyyətdən son anda qurtulub
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.
SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
Səfərdə “Konyaspor”la qarşılaşan “Göztəpə” çətin qələbəyə sevinib. “Qaziantep” də “Kayserispor”u məğlub yola salıb.
Son çempion “Başakşəhər” “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Trabzonspor” da “Antalyaspor”la səfər görüşündə 1 xala razılaşıb.
Türkiyə Super Liqası
19-cu tur
16 yanvar
Konyaspor – Göztəpə 2:3
Qol: Çikalleşi, 54. Hadziahmetoviç, 62 – Mihoyeviç, 17. Jul, 30; 58.
Qaziantep – Kayserispor 2:1
Qol: Kvrziç, 31-öz qapısına. Maksim, 77-pen – Kolovetsios, 61.
Başakşəhər – Sivasspor 1:1
Qol: Aleksiç, 38 – H.Arslan, 42.
Antalyaspor – Trabzonspor 1:1
Qol: Amilton, 25 – Afobe, 90+5.
15 yanvar
Gənclərbirliyi – Fatih Karagümrük 1:3
Qol: Piris, 74-pen – Bilya, 22-pen. Ndao, 36. Sobiex, 88.
17 yanvar
14:30 Dənizlispor – Hatayspor
17:00 Yeni Malatyaspor – Rizəspor
20:00 Beşiktaş – Qalatasaray
18 yanvar
20:00 Kasımpaşa – Ərzurumspor
20:00 Fənərbaxça – Ankaragücü
Bütün xəbərlər Facebook səhifəmizdə