" Həbib titulundan imtina etməlidir" Dana Uayt

UFC prezidenti Dana Uayt yüngül liqa çempionu Həbib Nurməhəmmədov ilə iki çəki dərəcəsində keçmiş UFC çempionu Corc Sen-Pyer arasında döyüş təşkil etmə ehtimalından danışıb. SİA-nın məlumatına görə, Uayt bu barədə Tvitterdəki "UFC Arabia" səhifəsində açıqlama verib. Onun sözlərinə görə, rusiyalı çempionun Sen-Pyerlə döyüşməsi üçün kəmərindən imtina etməsi lazım gələcək.

Xatırladaq ki, dünən Dana Uayt və Həbib Nurməhəmmədov gələcəyi müzakirə etmək üçün görüş keçiriblər. Danışıqların nəticələri hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə