İspaniya Super Kubokunun finalında "Barselona" "Real"la qarşılaşmayacaq

Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal görüşləri keçirilib.

SİA xəbər verir ki, ilk qarşılaşma “Real Sosyedad”la “Barselona” arasında baş tutub.

Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” ilk finalçı olub.

Digər finalçının adına “Real” – “Atletik” görüşündə aydınlıq gəlib. Üç qolun qeydə alındığı bu matç Madrid təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Nəticədə “Barselona”nın finaldakı rəqibi Bilbao təmsilçisi olacaq. Həlledici oyun yanvarı 17-də keçiriləcək.

İspaniya Super Kuboku

Yarımfinal

14 yanvar

Real – Atletik 1:2

Qol: Benzema, 73 – R.Qarsiya, 18; 38-pen.

13 yanvar

Real Sosyedad – Barselona 1:1 (penaltilər 2:3)

Qol: Oyarzabal, 51-pen – De Yonq, 39.

Bütün xəbərlər Facebook səhifəmizdə