Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda Yasen Petrova tapşırılıb. 53 yaşlı mütəxəssis bu vəzifədə müqaviləsi başa çatan Georgi Dermenciyevi əvəzləyib. Qeyd edək ki, bolqarıstanlı Yasen Petrov daha əvvəl ölkəsində və Çin klublarında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə