Yeni mövsüm ərəfəsində Formula 1 komandaları test yarışlarını Bəhreyndə keçirəcəklər.
SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Avtoidman Federasiyası və Formula 1 rəhbərliyi qərar qəbul edib.
Plana əsasən, komandalar martın 12-dən 14-dək Sahir trasında öz bolidlərini baxışdan keçirəcəklər. İki həftədən sonra Bəhreyn Qran-Prisi ilə yeni mövsümə start veriləcək.
Xatırladaq ki, Bəhreynə qədər test yarışlarının “Barselona”da keçiriləcəyi planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB