Azərbaycan Premyer Liqasının lideri “Neftçi” bu gün növbəti oyununu keçirəcək.
SİA-nın məlumatına görə, Samir Abasovun yetirmələri yoxlama görüşündə “Keşlə” ilə üz-üzə gələcək.
Bu, Yunis Hüseynovun yetirmələrinin 2021-ci ildə ilk sınağı olacaq. “Ağ-qaralar” isə fasilə dövründə ikinci qarşılaşmasına çıxacaq. I divizion təmsilçisi “Kəpəz”i minimal hesabla üstələyən “Neftçi” bu dəfə daha güclü rəqiblə üz-üzə gələcək.
Paytaxt təmsilçiləri arasında matç "Bakcell Arena"da təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.
Yoxlama oyunu
14 yanvar
16:00. "Neftçi" - "Keşlə"
"Bakcell Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB