Son Azərbaycan çempionu “Qarabağ” 2021-ci ildə ilk oyununa çıxacaq.
SİA-nın məlumatına görə, Ağdam klubu mövsümün ikinci hissəsinə hazırlıq prosesində yeganə yoxlama matçında qüvvəsini sınayacaq.
Qurban Qurbanovun yetirmələri turnir cədvəlindəki qonşusu “Zirə”ni sınağa çəkəcək. “Qarabağ”dan fərqli, bakılılar qış fasiləsində ikinci sınağına çıxacaq. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Rəşad Sadıqovun komandası titullu rəqib önündə özünü göstərməyə çalışacaq.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 16:00-da start götürəcək.
Yoxlama oyunu
14 yanvar
16:00. "Qarabağ" - "Zirə"
Tofiq Bəhramov adına Respublika stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB