Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlaşan “Sabah”la “Səbail” üz-üzə gələcək.

SİA-nın məlumatına görə, bu, hər iki komanda üçün qış fasiləsində ilk sınaq olacaq.

Çempionatın autsayderi bu görüşü doğma stadionunda keçirəcək. “Bank Respublika Arena”dakı matç saat 16:00-da başlayacaq.

Yoxlama oyunu
14 yanvar
16:00. "Sabah" - "Səbail"
"Bank Respublika Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə