PSJ ardıcıl 8-ci dəfə Fransa Super Kubokunun qalibidir

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

SİA xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümdə həm Liqa 1-in, həm də Fransa kubokunun qalibi olmuş PSJ ilə vitse-çempion Marsel “Olimpik”i üz-üzə gəlib.

Paris təmsilçisi üç qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb. Nəticədə sözügedən komanda tarixində 10-cu dəfə Super Kubokun qalibi olub. PSJ 2013-cü ildən bəri hər il bu mükafata sahib çıxır.

Fransa Super Kuboku

13 yanvar

PSJ – Olimpik (Marsel) 2:1

Qol: İkardi, 39. Neymar, 85-pen – Payet, 89.

Bütün xəbərlər Facebook səhifəmizdə