“Bayer”1 qola 4 qolla cavab verərək Almaniya kubokunun 1/8 mərhələsinə yüksəlib

Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Bayer” doğma meydanda “Ayntraxt”la qarşılaşıb. Oyunda hesabı Frankfurt təmsilçisi açıb. Lakin qalan dəqiqələrdə dörd qol vuran meydan sahibləri 1/8 finala vəsiqə qazanıblar.

Mərhələnin sonuncu görüşündə “Bavariya” səfərdə “Holştayn Kil”lə qarşılaşacaq.

Almaniya Kuboku

1/8 final

12 yanvar

Bayer – Ayntraxt 4:1

13 yanvar

23:45. Holştayn Kil – Bavariya

Bütün xəbərlər Facebook səhifəmizdə