“Antalyaspor”, “Sivasspor” və “Qalatasaray” Türkiyə kubokunun 1/4 finalında

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Bursaspor”la qarşılaşan “Antalyaspor” darmadağınla 1/4 finala yüksəlib. “Sivasspor” “Adana Dəmirspor”la görüşdən qalib ayrılıb. “Qalatasaray” isə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qalatasaray” növbəti mərhələyə yüksəlib.

Türkiyə Kuboku

1/8 final

12 yanvar

Bursaspor – Antalyaspor 0:3

Sivasspor - Adana Dəmirspor 2:1

Yeni Malatyaspor – Qalatasaray 1:1 (penaltilər 6:7)

13 yanvar

16:45. Konyaspor - Qaziantep

19:45. Tuzlaspor - Başakşəhər

21:45. Beşiktaş - Rizəspor

14 yanvar

19:45. Alanyaspor - Ərzurumspor

21:45. Fənərbaxça – Kasımpaşa

Bütün xəbərlər Facebook səhifəmizdə