İngiltərə Premyer Liqası təqvimdə dəyişiklik etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, 14 üzvü koronavirusa yoluxan “Aston Villa”nın “Tottenhem”lə qarşıdakı görüşünün təxirə salınacağı gözlənilir.
Əvəzində London klubu həmin gün başqa oyuna çıxmalıdır. XVI turun dekabrın 30-da keçirilməli olan “Fulhem”lə qarşılaşması da koronavirusa görə təxirə salınmışdı.
Qeyd edək ki, “Fulhem” belə dəyişikliyə narazılığını gizlətməyib. İki gün öncə İngiltərə kubokunda meydana çıxan komanda qısa fasilədən sonra “Tottenhem”lə görüşməyin əleyhinədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB