“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA-nın məlumatına görə, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat verib.
Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra bakılıların uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Qeyd edək ki, Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB