Dortmund “Borussiya"sı ciddi itki ilə üzləşib.
SİA xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Aksel Vitsel ağır zədə alıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü Bundesliqanın 15-ci turunda "Leyptsiq"lə görüşdə (3:1) sıradan çıxıb. Dabanında sınıq aşkarlanan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcək.
Ulduz futbolçunun Avropa çempionatında da iştirak edə bilməyəcəyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB