“Arsenal” iki qolla İngiltərə kubokunun 1/16 final mərhələsinə vəsiqə qazanıb
“Arsenal” İngiltərə kubokunun 1/32 final mərhələsində “Nyukasl”ı qəbul edib.
SİA xəbər verir ki, görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Buna görə də qarşılaşmanın taleyinə əlavə vaxtda aydınlıq gəlib.
Nəhayət hesabı 109-cu dəqiqədə “Arsenal”ın futbolçusu Emile Smitz-Roui açıb. Pier-Emerik Obameyanq isə 117-ci dəqiqədə fərqi bir qədər də artırıb və oyunun yekun nəticəsini müəyyənləşdirib- 2:0.
Beləliklə, “Arsenal” turnirin 1/16 final mərhələsinə vəsiqəni təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB