Bu gün bütün dünyada şahmatı təkcə idman növü kimi qəbul etmirlər. Çünki şahmat idman növündən əvvəl, daha çox intellektual yarış, zəka mübarizəsi kimi qəbul edilir. Azərbaycanda da şahmatın böyük tarixi var. Hələ qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olub. Xaqani Şirvani (XI əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm edirdilər. Həttda fransız yazıçısı Aleksandr Düma, Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynadığını, onun qədim oyunun sirlərini dərindən bilməsini xüsusilə qeyd edirdi.
Bu gün də ölkəmizdə şahmat ən önəmli idman növlərindən biri kimi qəbul edilir. Xüsusilə uşaqların şahmata marağı, ona dərindən yiyələnmək istəkləri təqdirəlayiqdir. Bu işdə isə, əsas məsuliyyət şahmatı insanlara sevdirən müəllimlərin üzərinə düşür. Xüsusilə bölgələrimizdə bu zəka yarışına uşaqların marağını artırmaq üçün mühüm işlər görülür. Şabran rayonunda da bu idman növünə maraq böyükdür. Rayonda şahmatı uşaqlara sevdirən müəllimlərdən biri də Azad Heybətovdur. Azad müəllim neçə illərdir bu zəka yarışının sirlərini yorulmadan şagirdlərinə öyrədir.
Ən sevindirici hal odur ki, Azad müəllimin övladları da şahmatda uğurlara imza atmaqdadırlar. Şahmatçılar ailəsinin uğurları son bir neçə ildə daha çox diqqət cəlb edir. Oğlu Anar, qızı Aygül dəfələrlə Respublika əhəmiyyətli turnirlərdə müxtəlif yerlər tutaraq mükafatlara layiq görülüblər. Azad müəllimin qızı Aygül, 6 yaşından şahmatla məşğul olur. 2019-cu ildə Astarada keçirilən Respublika turnirində 3-cü yerə sahib olub. Azad müəllim özü də həmin turnirdə kişilər arasında 4-cü yerə layiq görülüb. Böyük şahmat ənənləri olan qədim Şabranda bu idman növünü gənc nəsillərə sevdirən Azad müəllimə uğurlar arzulayırıq. Səsiniz daha böyük turnirlərdən gəlsin, uğurlarınız bol olsun!.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB