“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa”ya qalib gəlib

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa”ya qalib gəlib

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb.

SİA xəbər verir ki, görüş “mersisaydlılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 4-cü dəqiqədə “qırmızılar”ın futbolçusu Sadio Mane açıb. 17 yaşlıLui Barri 41-ci dəqiqədə bərabərlik qolunu vurub. Jorjinyo Vaynaldum 60-cı dəqiqədə “Liverpul”u yenidən hesabda önə çıxarıb. Mane 63-cü dəqiqədə fərqi bir qədər də artırıb və dublunu rəsmiləşdirib. Məhəmməd Salah isə 65-ci dəqiqədə fərqlənməklə görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, “Liverpul” böyükhesablı qələbə qazanaraq, İngiltərə kubokunun 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edəkki, "Aston Villa" klubunun 14 futbolçusunda koronavirus aşkarlandığından məşqçi heyəti əvəzedici heyətin və 18 yaşadək komandanın futbolçularının imkanlarından yararlanmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə