“Zirə” klubu heyətinə yeni əcnəbi futbolçu cəlb etmək istəyir.
SİA-nın məlumatına görə, bu barədə "Areanapoli.it" saytına müsahibəsində menecer Joao Santos məlumat verib.
O, adını çəkmədiyi futbolçunun keçidi üçün Azərbaycan təmsilçisi ilə danışıqların aparıldığını söyləyib. Santos həmin oyunçunun istedadlı olduğunu da vurğulayıb.
Qeyd edək ki, Joao Santos İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyonun da meneceridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB