"NBA"da basketbolçunun testi pozitiv çıxıb

"NBA"da basketbolçunun testi pozitiv çıxıb

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Filadelfiya"nın oyunçusu Stet Karri koronavirusa yoluxub.

SİA-nın ESPN-ə istinadən məlumatına görə, 30 yaşlı basketbolçu bu gün qarşılaşma zamanı koronavirus testinin müsbət çıxdığını öyrənib.

Karri "Bruklin"ə qarşı normal mövsümün ilk 1/4 matçında koronavirusa yoluxduğunu bilib. Təcürbəli oyunçu ilk hissəni ehtiyatda keçirib, bundan sonra isə koronavirus testini alıb və dərhal arenadan ayrılaraq özünü təcrid edib.

Qeyd edək ki, qarşılaşma "Bruklin"in 122:109 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə