Azərbaycanın iki qadın şahmatçısı “Lichess.org” platforması vasitəsilə keçirilən “Sarja” kuboku uğrunda blits üzrə seçmə yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb.
SİA-nın məlumatına görə, Gülnar Məmmədova 13 turdan 9,5 xal toplayaraq 20-ci sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Ülviyyə Fətəliyeva isə əlavə göstəricilərə görə 22-ci yeri tutub.
Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, 10 namizəd şahmatçı da mübarizə aparacaq. Rapid üzrə İsveçrə sistemi ilə keçiriləcək həlledici mərhələ 9 turdan ibarət olacaq. Bu gün şahmatçılar 5, sabah isə 4 oyun keçirəcəklər. Ümumi nəticədə ilk səkkizliyə düşən idmançılar mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB