FİFA-nın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

FİFA-nın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

SİA-nın "sports.ru" saytına istinadən verdiyi məlumata görə, 84 yaşlı Y.Blatterin vəziyyəti ağır kimi qiymətləndirilsə də onun həyatı üçün təhlükə yoxdur. Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi bildirilmir.

Y.Blatterin qızının sözlərinə görə, onun vəziyyəti günü gündən yaxşılaşır, lakin onun istirahətə ehtiyacı var.

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-nın prezidenti olub. İsveçrəli sabiq prezident korrupsiya işi üzrə 8 il futbol fəaliyyətindən kənarlaşdırılmış, lakin 2016-cı ildə FİFA-nın apellyasiya komitəsi bu müddəti 6 ilə qədər azaltmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə