“Neftçi” Monrozdan narazıdır

“Neftçi” Monrozdan narazıdır

Qış fasiləsində Prins İbaranın icarə müqaviləsinə xitam verən “Neftçi” daha bir hücumçusu ilə yollarını ayırmaq niyyətindədir.

SİA-nın məlumatına görə, Bakı təmsilçisi Stiven Jozef-Monrozun hazırkı durumundan razı deyil.

Hücum xəttini gücləndirmək üçün danışıqlarını davam etdirən “Neftçi” ön xətdəki boşluğu aradan qaldırmağa müvəffəq olsa, Monrozla sağollaşmağa çalışacaq. Əvvəlki baş məşqçi Füzuli Məmmədovla dil tapa bilməyən, eyni zamanda intizamsız davranışları ilə rəhbərliyin gözündən düşən fransalı forvardla bağlı yeganə problem onun müqaviləsinin davam etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə