"Tottenhem” “Brentford”a qalib gələrək adını finala yazdırıb

"Tottenhem” “Brentford”a qalib gələrək adını finala yazdırıb
Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. "Tottenhem" doğma meydanda "Brentford"la qarşılaşıb. London təmsilçisi bu oyundan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb və ilk finalçı olub. Qolları Sissoko (dəq. 12) və Son Son (dəq. 70) vurublar. Digər finalçının adına Mançester derbisində aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə