Azərbaycanın milli komandasının yarımmüdafiəçisi Niderlandda nikaha daxil olub

Azərbaycanın milli komandasının yarımmüdafiəçisi Niderlandda nikaha daxil olub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü nikaha daxil olub.

SİA xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.

Azərbaycan millisinin üzvünün nişanlısı Sevil Novruzla yerli adət-ənənəyə uyğun olaraq İmam mərasimi də baş tutub.

22 yaşlı perspektivli oyunçunun şad günü koronavirus pandemiyasi səbəbindən tətbiq edilən qadağalar çərçivəsində reallaşıb. Nigah mərasimində yalnız Kökçünün ailə üzvləri iştirak edib. Hücumçunun atası Halis bəy və anası Sibel xanım övladının azərbaycanlı ilə nikaha girməsindən məmnunluq ifadə edib, onlara xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Ozan Can Kökçü 2019-cu ilin yayından “Sabah”ın şərəfini qoruyur.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə