İtaliyanın "Atalanta" klubu Yoakim Mehlenin transferini rəsmiləşdirib.
SİA-nın məlumatına görə, Belçika "Genk"indən 8 milyona avroya transfer olunan müdafiəçi rəsmən təqdim olunub.
Onunla müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. İtaliyada "transfer pəncərəsi" yanvarın 4-də açıldığından keçidi öncədən razılaşdırılan Mehle indi Berqamo təmsilçisinin üzvünə çevrilib.
Qeyd edək ki, müdafiəçi cari mövsüm Belçika çempionatında 16 oyunda 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB