“Qarabağ” – “Səbail” matçının oyun vaxtı dəqiqləşdi

“Qarabağ” – “Səbail” matçının oyun vaxtı dəqiqləşdi

Azərbaycan Premyer Liqasında təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun başlanma saatı və keçiriləcəyi yer müəyyənləşib.

SİA-nın məlumatına görə, V turun qarşılaşması yanvarın 28-də keçiriləcək.

“Azersun Arena”da baş tutacaq matç saat 16:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

V turdan təxirə salınan oyun
28 yanvar (cümə axşamı)
“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 16:00

Bütün xəbərlər Facebook səhifəmizdə