Eder yenidən “İnter”də

İtaliyanın “İnter” klubu sabiq futbolçusu Eder Sitadin Martinsi heyətinə qaytarır.

SİA-nın məlumatına görə, A seriyası təmsilçisi 34 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Milanlılar artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb. Ederin şərəfini qoruduğu “Szyansu Sunin” klubu da onun gedişinə razılıq verib. Çünki illik qazancı 5 milyon avro təşkil edən futbolçunun maaşı Çin çempionatındakı limiti aşır. Bu limit 3 milyona bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə