“Kayserispor” baş məşqçisi ilə yollarını ayırdı

“Kayserispor” baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

SİA-nın məlumatına görə, "Kayserispor"un çalışdırıcısı Samet Aybaba istefa verib.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Cəmi 8 çempionat matçında Kayseri təmsilçisinə rəhbərlik edən Aybaba 4 heç-heçə və 4 məğlubiyyətə şahidlik edib.

Bu, mütəxəssisin son iki ildə "Kayserispor"dan ikinci ayrılığıdır. Ümumiyyətlə, klub bu müddətdə 7-ci dəfə baş məşqçisini dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə