Yanvarın 13-dən fevralın 1-dək Misir həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına ev sahibliyi edəcək.
SİA-nın məlumatına görə, yanvarın 3-də çempionatda iştirak edəcək ilk komanda – Yaponiya yığması Qahirəyə gəlib. Yapon idmançılar sabahdan etibarən COVID-19 pandemiyası şəraitində yüksək təhlükəsizlik tədbirləri görülən Yeni Qahirə idman sarayında məşqlərə başlayacaq və yanvarın 5-də Misir yığması ilə yoldaşlıq görüşü keçirəcəklər.
Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçiriləcək. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB