Avropa çempionatının oyunlarının təqvimi açıqlanıb

Avropa çempionatının oyunlarının təqvimi açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin “F” qrupunun təqvimi açıqlanıb. SİA-nın məlumatına görə, komandalar birinci dövrədə Gürcüstan, ikinci dövrədə Monteneqroda mübarizə aparacaqlar.

Yığmamız və meydan sahibi olan komandalarla yanaşı, Yunanıstan da bu qrupda qüvvəsini sınayacaq. Görüşlər 2021-ci il mayın 2-16-da keçiriləcək.

Komandamız ilk turda Monteneqro, ardınca Gürcüstan, sonra Yunanıstanla üz-üzə gələcək. İkinci dövrəyə də monteneqrolularla duellə başlayacaq yığmamız ardınca Yunanıstan, son turda Gürcüstanla görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə