Futbol üzrə İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən “Hueska” ilə səfər matçı “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
SİA xəbər verir ki, start heyətində meydana daxil olan argentinalı hücumçu La Liqada 500-cü matçına çıxıb.
O, bu oyunlarda 451 qol vurub, 197 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti bu ilin yayına qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB