“Atletiko” və “Barselona” rəqiblərinə minimal hesabla qalib gəlib

“Atletiko” və “Barselona” rəqiblərinə minimal hesabla qalib gəlib

Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Eybar” “Qranada”nı, “Atletik” isə “Elçe”ni məğlub yola salıb. “Real Sosyedad” – “Osasuna” matçında qalib müəyyənləşməyib.

“Atletiko” səfərdə “Alaves”lə qarşılaşıb və çətin qələbəyə sevinib.

Ronald Kumanın rəhbərlik etdiyi “Barselona” isə “Hueska”nın qonağı olub. Kataloniya təmsilçisi də səfərdə minimal hesabla üstün olub.

İspaniya La Liqası

17-ci tur

3 yanvar

Atletik – Elçe 1:0

Qol: Muniayn, 25.

Alaves – Atletiko 1:2

Qol: Felipe, 84-öz qapısına – Lyorente, 41. L.Suares, 90.

Real Sosyedad – Osasuna 1:1

Qol: Muquruza, 46 – Kalyeri, 20.

Eybar – Qranada 2:0

Qol: Xil, 55; 76.

Hueska – Barselona 0:1

Qol: De Yonq, 27.

2 yanvar

Vilyarreal – Levante 2:1

Qol: Nino, 19. Moreno, 54 – Leon, 73.

Betis – Sevilya 1:1

Qol: Kanales, 53-pen – Suso, 48.

Xetafe – Valyadolid 0:1

Qol: Vaysmann, 37.

Real – Selta 2:0

Qol: Lukas, 6. Asensio, 53.

4 yanvar

00:00 Valensiya – Kadis

Bütün xəbərlər Facebook səhifəmizdə