Bütün dövrlərin ən yaxşı qapıçısı ilə bağlı daha bir sorğu keçirilib.
SİA-nın məlumatına görə, İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin 18 müxtəlif ölkənin qolkiperi ilə apardığı sorğunun qalibi Canluici Buffon olub.
Hazırda "Yuventus"un formasını geyinən İtaliya millisinin sabiq üzvü 7 səslə birinci olub. 1960-cı ildə SSRİ yığması ilə Avropa çempionu olan Lev Yaşin 5 səslə ikinci yeri tutub. İlk "üçlüy"ü 2 səslə digər italyan Dino Zoff qapayıb. Sorğuda iştirak edənlər arasında Manuel Noyer, Julio Sezar, Peter Şmeyxel kimi qapıçılar da olub.
Qeyd edək ki, Canluici Buffon 2006-cı ildə dünya çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB