Tokio Olimpiadasında dünya liderlərinin də iştirakına ümid edirik Yoşiro Mori
"Tokio-2020"in təşkilat komitəsinin rəhbəri Yoşiro Mori dünya liderlərinin Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına gələcəklərinə ümid etdiyini bildirib.
SİA-nın məlumatına görə, Y.Mori bu barədə Yaponiyanın "Yomiuri" qəzetinə müsahibəsində bildirib. Qeyd edib ki, dünyanın üzləşdiyi çətin pandemiya şəraitinə baxmayaraq, bu nüfuzlu yarışda daha çox insanın iştirak etməsini arzulayırlar: "İstərdik ki, Tokioda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarına mümkün qədər çox adam və hər ölkənin lideri qatılsın".
Təşkilat komitəsinin rəhbəri bütün dünya ilə əməkdaşlıq şəraitində həqiqi səylər göstərməklə dəhşətli koronavirus bəlasının aradan qaldırılması üçün səmimi müzakirə apara biləcəklərinə də ümid etdiyini bildirib.
Qeyd edək ki, Tokio Olimpiadasının 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılsa da, koronavirus səbəbindən bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB