Əndəlüs derbisində heç-heçə, "Real" liderliyi ələ alıb

Əndəlüs derbisində heç-heçə, "Real" liderliyi ələ alıb

Futbol üzrə İspaniya La Liqasında 17-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Vilyarreal” doğma meydanda “Levante”ni məğlub edib. Əndəlüs derbisində “Betis” “Sevilya” ilə heç-heçəyə razılaşıb. “Xetafe” də evdə “Valyadolid”ə uduzub.

Son turda “Elçe” ilə oyunda xal itirən Madrid “Real”ı bu tur çərçivəsində “Selta”nı sınağa çəkib. Paytaxt klubu bu görüşdə inamlı qələbəyə sevinib.

İspaniya La Liqası

17-ci tur

2 yanvar

Vilyarreal – Levante 2:1

Qol: Nino, 19. Moreno, 54 – Leon, 73.

Betis – Sevilya 1:1

Qol: Kanales, 53-pen – Suso, 48.

Xetafe – Valyadolid 0:1

Qol: Vaysmann, 37.

Real – Selta 2:0

Qol: Lukas, 6. Asensio, 53.

3 yanvar

17:00 Atletik – Elçe

19:15 Alaves – Atletiko

21:30 Real Sosyedad – Osasuna

21:30 Eybar – Qranada

00:00 Hueska – Barselona

4 yanvar

00:00 Valensiya – Kadis

Bütün xəbərlər Facebook səhifəmizdə