İngiltərənin "Çelsi" klubu İtaliya "Milan"ının qapıçısı Canluici Donnaruma ilə danışıqlara başlayıb. SİA-nın "ExWHUemployee" nəşrinə istinadən məlumatına görə, 21 yaşlı qolkiper yayda komandanı tərk edə bilər.
London təmsilçisi İtaliya millisinin üzvünü razı salsa, yayda azad agent kimi heyətinə qatacaq.
Qeyd edək ki, Canluici Donnarumanın klubla müqaviləsi yayda başa çatacaq. O, cari mövsüm 11 oyunda meydanda olub və 4 matçda qapısını toxunulmaz saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB