Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalına vəsiqə qazanıb

Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalına vəsiqə qazanıb

“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.

Xatırladaq ki, T.Rəcəbov 1/4 final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi.

O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq.

Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar.

Əlavə edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə